Среда
июн 22

Bu yolda sürət həddi artırıldı

Bu yolda sürət həddi artırıldı


Bakının "Dərnəgül yolu" kimi tanının ən böyük prospektlərindən biri Ziya Bünyadov prospektidir.

Avtosfer.az-ın məlumatına görə, bu prospekt uzun müddət təmir olunandan sonra istifadəyə verilib və sürücülərin işini xeyli asanlaşdırıb. Lakin burada yol qəzalarının sayı artır və demək olar ki, hər gün qəza baş verir və bu da saatlarla tıxaca səbəb olur. Bir neçə gündür həmin yolda sürət həddi artırılıb.

Hazırda Ziya Bünyadov prospektinin bəzi yerlərində 90 km/saat sürət həddi tətbiq olunur. Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirdi ki, orada hətta 80 km/saat sürət həddinin tətbiq edilməsi təhlükəlidir və düzgün deyil:

"Həmin prospektdə yaşayış məntəqəsi üçün nəzərdə tutulan sürət həddi yetərlidir, uzaq başı prospektin 2-3 yerində məhdud məsafədə 70 km/saat qoymaq olar. Əminəm ki, o prospektdə tez-tez baş verən qəzaların əsas səbəbi sürət rejiminin düzgün təyin edilməməsidir. Belə yüksək sürətin prospektin buraxıcılıq qabiliyyəti üçün də əhəmiyyəti yoxdur. Çünki tıxanma və sıxlıq prospektin hər iki tərəfdən sonunda olur. Yəni prospekt boyu sürətlə gəlsən də, pik saatlarda sonda ilişib həmin vaxtı itirirsən...

Bu gün baxıram ki, orada sürət həddini bir az da qaldırıb 90 km/saat ediblər. Heç nə başa düşmədim".

Комментарии (0)

Оставить комментарий