^
U

Pivə həvəskarlarına şad xəbər - CƏRİMƏNİ LƏĞV ETDİLƏR


Pivənin nağd qaydada az miqdarda satılması, o cümlədən satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün tətbiq olunan yüz manat məbləğində cərimə aradan qaldırılır.

May.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulub.

Belə ki, Məcəllənin 450.2-ci maddəsinə "pivə" sözü də əlavə edilir. Hazırda qüvvədə olan maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən isə "tütün" sözündən əvvəl, "pivə" sözü də əlavə edilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Pivə, CƏRİMƏ, milli məclis
Bölmə: Xeberler Oxunub: 1 010 Tarix: 15-10-2016, 01:22
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az