“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri..." - AÇIQLAMA - VİDEO


“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri..." - AÇIQLAMA - VİDEO


"Ayın 5-i tarixindən sonra karantin rejimi sərtləşəcək, yoxsa yumşaldılacaq? Bu sualı bir çox insanlar bizə ünvanlayır. Hesab edirəm ki, yumşalma çox yumşaq və çevik olmalıdır".

MAY.AZ xəbər verir ki, bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronavirus İnfo”da deyib.

O bildirib ki, dövlət bütün məhdudiyyətləri götürə bilməz: 

"Məhdudiyyətlər müxtəlif sahələrdə qismən də olsa qalmalıdır. Təhlillər bizə imkan verəcək ki, hansı qərarları harada tətbiq edək.

Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik".


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 387 Tarix: 30-07-2020, 12:51

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz