^
U

Təbii qazın və benzinin qiymətini endirməyin iqtisadi əsası varmı? - RƏY


Son günlər sosial şəbəkə üzərindən bəzi ekspertlər təbii qazın və benzinin qiymətlərinin aşağı salınmasına dair hökümətə çağırış edir.

Bu barədə Sfera.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli bu gün üçün belə bir çağırışın absurd və sağalam məntiqdən kənar olduğunu deyib:

"Koronavirusla mübarizə çərçivəsində ölkə üzrə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq insanların mütləq əksəriyyəti evdə qalır və bununla əlaqədar olaraq da şəxsi avtomoibildən istifadə minimuma enib. Eyni zamanda ənənəvi olaraq mart ayında havaların qızması ilə əlaqədar olaraq təbii qaz istehlakı da əvvəlki aylara nisbətən xeyli azalır. Hazırda da görürük ki havalar kifayət qədər isti keçir. Bütün bunların fonunda benzinin və təbii qazın qiymətlərinin aşağı salınmasına çağırış etməyin əvvəla heç bir iqtisadi əsası yoxdur. Digər tərəfdən ölkənin koronavirusla mübarizə üçün bütün resurslarını səfər etdiyi bir vaxtda belə absurd və sağlam məntiqə sığmayan sifarişli çağırışlar etmək insanlarda çaşqınlıq yaratmağa və ictimai xaos formalaşdırmağa hesablanıb. Belə məntiqsiz bəyanatlar həm də məkirli siyasi dividend dalınca düşənlərin dalana dirənməsinin göstəricisidir"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 446 Tarix: 29-03-2020, 11:49
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az