AMEA-dan koronavirusla bağlı yeni açıqlama: Bolluca istirahət edin


AMEA-dan koronavirusla bağlı yeni açıqlama: Bolluca istirahət edin


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın yeni qaydalarını açıqlayıb.

Akademiyadan MAY.AZ-a bildirilib ki, AMEA-nın Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib.

Qeyd olunub ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir.

Bildirilib ki, bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər:

"Azərbaycanda isə COVİD-19-a yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını deməyə əsas verir. Bununla yanaşı, fərdlərin dezinfeksiya işlərinə ciddi yanaşmasının böyük əhəmiyyəti vardır".

AMEA-nın Biofizika İnstitutunda keçirilən müzakirələrdə vurğulanıb ki, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün və ümumi soyuqdan qorunmaq üçün aşağıdakı qaydalara riayət olunması vacibdir:

- Əlləri sabun və ilıq su ilə yumalı və ya alkoqol tərkibli əl təmizləyicisi ilə yaxşıca silməli;

- Əlləri və barmaqları gözlərdən, burun və ağızdan uzaq saxlamalı;

- Yoluxmuş insanlarla yaxın təmasda olmaqdan çəkinməli;

- İctimai nəqliyyatdan və digər qələbəlik olan yerlərdən az istifadə etməli;

- İmkan daxilində alış-verişi onlayn etməli və ya ödəmələri elektron yolla, plastik kartlar vasitəsilə həyata keçirməli.

(Nağd pul sellüloza lifləri ilə zəngin materialdan olduğundan onlar sellüloza lifləri arasında potensial virus daşıyıcısıdır.

Azərbaycanda banklar nağd pulları dezinfeksiya etsələr də, xəstə insanlarla təmas nəticəsində koronavirus bu yolla da yayıla bilər. Ona görə küçə ticarətindən yayınmaq məsləhətdir).

Xüsusi qeyd etmək lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına rəiyyət etməsi olduqca vacibdir.

Koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni etmək lazımdır:

- Bolluca istirahət etməli;

- Çox maye qəbul etməli, dehidrasiyadan (bədəndə su çatışmazlığı) yayınmalı;

- Boğaz ağrısı və hərarətə qarşı dərman qəbul etməli; (Lakin uşaqlara və 19 yaşdan kiçik gənclərə aspirin əks göstəriş olduğundan, həkim məsləhəti olmadan ibuprofen-dən istifadə edilməməlidir. Həkimlə məsləhətləşdikdən sonra asetaminofen tərkibli həblərdən istifadə edilməlidir).

- Nəmləndirici və ya parlı duş da iltihablı boğaz ağrılarını sakitləşdirməyə kömək edə bilər.

İmkan daxilində ətrafda olan vasitələrindən, alətlərdən və s. istifadə edərkən müxtəlif sterilləşmə metodlarından müntəzəm istifadə edilməlidir. Sterilləşmə metodlarına aşağıdaklar daxil edilə bilər:

- Kiçik məsaməli (nano ölçüdə) filtrlərdən süzməklə maye dərman preparatlarını sterilləşdirmək olar;

- Termal sterilləşmə metodlarından (qızdırmaq, qaynatmaq, təzyiq altında sterilləşmə və s.) istifadə etməklə metal, saxsı, şüşə və ya digər sudan qorxmayan materialları sterilləşdirmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 15 Tarix: 18-03-2020, 17:11
İstifadeci paneli
Youtube səhifemiz
En son mp3ler
» Kənani - Dostumu Sevdim
» Burulğan - Necə Söhbətdi
» Dəniz Firudinli - Sənsiz Səhər Açılmayır
» Paşa Abdulla - Dilim Dilim
» Rübail Əzimov - Mənim Dostlarım
» Abbas Bağırov - Sən və Mən
» Vaqif Shixaliyev - Neylersen 2020
» Nuri Sərinləndirici - Eşq
» Niyaməddin Səlami - Rollerdesin Sadece
» Ceyhun Hesretli - Qoşa Alışarlar 2020
» Ramin Musayev - Sende yaşadasan üreyinde
» Ali Qafarli - Paylasha Bilmedik (Eqoist)
» Terlan Novxani - Sevgi Payımsan
» Üzeyir Mehdizadə - Cavab Ver (Yeni Aranjimanda)
» Nigar Mühərrəm - Bilmirəm ki
» Nigar Mühərrəm - Seviyor Sandım
» Aslixan - Şikəst Anam
» Tacir Mamedov - Sevgili Yar
» Vuqar Seda - Gizli Gizli
» Müjgan Ayxan - Dəli Qız
» Aytac Tovuzlu - Olmaz
» Aygül Səfərova - Daha Onu Qısqanmağa Dəyməz
» Aqşin Fateh - Şəkillərdə Gülən Qadın
» Kamil Cəfərov - Ey Həyat
» Sərvət Əsəd - Yalan
» Rəsul Abbasov feat Xana - Baş Üstə (Meyxana)
» Vasif Əzimov - Sən mənim üçün bir dünya 2019
» Üzeyir Mehdizadə - Men Basina BelaGeldim (2020)
» Ramin feat Gunay - Sevgi Nagili 2020
» Canan - Aglamaqla Deyil 2020
» Şəbnəm Tovuzlu - Uzaqlarda
» Türkan Vəlizadə - Canım Mənim 2020
» Aydın Sani - Popuri (Toy.1) 2020
» Ümman - Yeni il 2020
» Elnar Xəlilov - Bilmədən Sevdim 2020
» Şöhrət Məmmədov - Şöhrət Məmmədov
» Murad Arif - Bossa Nova
» Puzzle - VIII KM
» Orxan Lökbatanlı - Sevmək
» Kənan Adil - Mağusa Limanı (Türküler Mix)
» Pərviz Bülbülə - Yarə Məni
» PRoMete - Ayıb
» Goad - BMW
» Vuqar Səda feat Aynur Sevimli - Sevdiyin İnsan
» Perviz Abdullayev - Ureyim Seninle 2019
» Məna Aliyev - Danışaram
» Türkan Vəlizadə - Türkan Vəlizadə
» Balabəy - Mənim Olaydı
» Murad Arif - Yalnız səni gözlədim (feat Dilarə Kazımova)
» Murad Arif - Xəyanət Etməyən Kişi