^
U

Vitse-spiker: "Kişilər görüşəndə öpüşməsin"


1720-ci ildə taun, 1820-ci ildə vəba, bu günlərdə 2020-ci ildə koronavirus xəstəliyi dünyada geniş yayılıb.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, bu gün Baş Nazirin yerli icra hakimiyyəti orqanlarına göndərdiyi məktubu əsas götürərək, biz də tövsiyələrə əməl etməliyik:

"İclasların, toplantıların yalnız telefon, mobil elektron vasitə ilə keçirilməsinə üstünlük verilməlidir. Bizim deputatlıqla bağlı toxunulmazlığımız olsa da, koronavirusla bağlı bu səlahiyyət bizə verilməyib. Məqsədimiz insanlarla təmasdan yayınmaqdır. Azərbaycanda kişilərin görüşəndə öpüşmək məsələsinin qarşısını almaq üçün böyük tıbliğata ehtiyac var. Məsələni çox uzatmadan qanun layihələrini səsə qoyaq və qanunları pozmayaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 500 Tarix: 17-03-2020, 13:38
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az