Понедельник
фев 17

"Ömür boşa getməyib" - Xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Rafael Dadaşov

"Ömür boşa getməyib" - Xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Rafael Dadaşov


Xalq artisti Rafael Dadaşov haqqında "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində süjet hazırlanıb.

BiG.AZ xəbər verir ki, xalq artisti bir müddət öncə prezident İlham Əliyev tərəfindən "Şöhrət ordeni" ilə təltif olunması haqqında danışıb:

"74 yaşım var onun 44 ilini səhnədə olmuşam. Prezident məni orden ilə təltif etdi. Təltifetmə mərasiminə qatıla bilmədim. Çünki uzun müddətdir ki, yataq xəstəsiyəm. Heç bu ordeni hələ istifadə də edə bilməmişəm. İnşallah tezliklə ayağa qalxıb sevə-sevə istifadə edəcəm. Yadıma gəlir, 1994-cü il idi Heydər Əliyev anamı ordenlə təltif etmişdi. O, mənim çox xoşuma gəlmişdi. Həmişə götürüb əlimdə baxırdım. O vaxtı anam mənə dedi ki, "sənə də qismət olsun". Məni əvvəllər atam Məlik Dadaşova görə tanıyırdılar. Sonralar amma Moskvaya və ya başqa xarici şəhərlərə gedəndə deyirdilər "Məlik Dadaşov Rafaelin atasıdır". İndi də bu ordenlə təltif edildim. Deyə bilərəm ki, ömür boşa getməyib. Sadəcə bir narazıçılığım var ki, mənim xarici görünüşümdən filmlərdə çox istifadə edə bilmədilər".

Samirə Qasımova

Комментарии (0)

Оставить комментарий