^
U

Dünya yeni onilliyi belə qarşılayır - VİDEO


Yeni Zelandiyadan Nyu-Yorka qədər dünyada milyonlarla insan 2020-ci ili və yeni onilliyin başlanğıcını qeyd etmək üçün möhtəşəm atəşfəşanlığa hazırlaşır.

2019-cu illə ilk olaraq Sakit Okeanın sahil xətt adaları, ardınca isə Yeni Zelandiyanın Oklend əyaləti vidalaşıb.

Nəhəng və ölümcül meşə yanğınlarına baxmayaraq, Avstraliyanın Sidney şəhərində ənənəvi atəşfəşanlıq üçün rəsmi icazə verilib. Şəhərin uzunmüddətli nümayişi yerli vaxtla gecə yarısından əvvəl başlayıb.
Kanberra da daxil olmaqla Avstraliyanın digər şəhərləri isə meşə yanğınlarının artması riski səbəbi ilə belə tədbirləri ləğv edib.

Çin, Hindistanda, Fars körfəzində, Rusiyada və Qərbi Avropada da böyük bayram tədbirlərini izləmək mümkündür.

Fransada atəşfəşanlığı seyr edərkən insanların təhlükəsizliyini təmin etmək üçün 100 mindən çox polis və jandarm cəlb edilib.

Bundan başqa, əsaslı təmirdən sonra bir ildən artıqdır ki, səssiz qalan Londondakı “Big Ben”in gecə yarısında səslənəcəyi və yüz minlərlə insanın Edinburqda “Hogmanai”ni qeyd edəcəyi gözlənilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 665 Tarix: 31-12-2019, 15:48
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az