^
U

Azərbaycandan neftin qiyməti ilə bağlı mühüm açıqlama


"Neft hasilatının müəyyən səviyyədə saxlanılması ilə bağlı Əlcəzairdə keçiriləcək görüşdə qərar qəbul olunarsa, Azərbaycan da buna razılıq verməyə hazırdır".

"Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Hələ OPEC-in əvvəlki görüşündə neft hasilatının müəyyən səviyyədə saxlanılması üçün biz də razılıq vermişdik”, - deyə R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bu ayın 27-28-də Əlcəzairdə OPEC-ə üzv olan və üzv olmayan ölkələrin qeyri-rəsmi görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

"Mən düşünürəm ki, bazar yavaş-yavaş özünü tənzimləyəcək. Neftin qiyməti əsasən tələbatdan, ABŞ-ın neft hasilatından və bankların burada iştirakından asılıdır. Neft birja məhsuludur və onun qiyməti maya dəyərindən çox fərqlidir. Neftin qiymətini birja tənzimləyir. ABŞ-ın şist neftinin maya dəyəri neftin qiymətinə təsir edəcək. Bir vaxtlar onun 100 dollardan yuxarı maya dəyəri var idi. Neftin qiyməti də 100 dollardan yuxarı idi. Onlar maya dəyərini aşağı saldıqca, qiymət də aşağı düşür. Şist neft inqilabı neftin qiymətinə təsir göstərir. Bu gün OPEC-dən çox Amerika şist nefti və banklar neftin qiymətini həll edir” - SOCAR prezidenti deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Azərbaycan, neft, qiymət, OPEC
Bölmə: Xeberler Oxunub: 1 158 Tarix: 23-09-2016, 01:14
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az