^
U

“GƏLƏCƏYƏ GƏL!”irsinizmi?


Artıq 2-ci ildir ki, ölkəmizdə Digital Marketinq Konfransı keçirilir. 2015-ci ildə keçirilən ilk tədbirin gündən-günə dərinləşən böhrana rəğmən anşlaqla baş tutması insanların digital sahəyə marağının göstəricisi idi. Eyni zamanda, bu tədbir ən yeni marketinq aləti kimi digitalın önəminin gündən-günə artmasını bir daha sübut etdi. İnsanlarımızın böhrandan çıxmaq üçün yollar axtarması, yeniliklərə meyllənməsi və yaradıcı olmaq istəməsi sevindirici hal olmaqla bərabər DMC-nin təşəkilatçıların üzərinə tədbiri daha qeyri-adi və maraqlı etmək kimi bir məsuliyyət də yükləmiş oldu.

Tədbirin təşkili məsələlərinin öhdəsindən təşkilatçı komandanın tam şəkildə gələcəyinə heç bir şübhə olmasa da, forumun bir konseptinin olması lazım idi. Başqa sözlə, həmişəki kimi kreativ dəstəyə ehtiyac duyulurdu. Təşkilatçıların yekdil rəyi ilə bu məsuliyyət analoji işlərdə böyük təcrübəyə malik və bu kimi işlərdən heç vaxt öz dəstəyini əsirgəməyən YelloAd-ın üzərinə qoyuldu. Uzun çalışmalardan və müzakirələrdən sonra çox maraqlı bir loqo və kreativ konsept ortaya çıxdı.
Tədbir üçün hazırlanmış loqotip quruluş baxımından bir az qəribə görünsə də, biz orda hərflərin və həndəsi fiqurların istifadə olunması ilə fərqli bir DMC sözü görürük. Çoxlu rənglərdən istifadə olunması marketinqin çoxşaxəli sahə olmasını, onun sözün hər mənasında rəngli olmasını simvolizə edir.
Kreativ konsept isə olduqca futuristik, həm də çox iddialıdır: GƏLƏCƏYƏ GƏL!

"GƏLƏCƏYƏ GƏL!” mesajı həm bizi inkişafa səsləyir, həm də, bu inkişafın nəticəsi olacaq gələcəyə gedən yolun məhz DMC-dən keçdiyini iddia edir. Seçilmiş vizual da konsepti tamamlayır və qüvvətləndirir. Piksellərlə verilmiş insanlar (bəlkə də, robotlar) mesajı bir az da konkretləşdirərək gələcəyin məhz digitalda olduğunu vurğulayır.

Bəs bu gələcək bizneslərə nə vəd edir? Bizneslər orda necə davranmalıdır, nələrə üstünlük verməlidir?

Bax bu kimi sualların cavabını isə Sizə spikerlərimiz verəcək. Daha doğrusu, Siz öz suallarınızla lazım olan cavabları söküb alacaqsınız. Çünki DMC-də format daha interaktiv olacaq.

Beləliklə, DMC-nin konsepti və loqosu artıq hazırdır. Yaxınlarda vebsayt da istifadəyə veriləcək.

Qaldı bilet alıb çox maraqlı olacağı gözlənilən bu tədbirdə iştirak etmək...

Digital Marketing Conference bu il 05 Noyabr tarixində Badamdar oteldə (keçmiş Kempinski) keçiriləcək.

Biletin qiyməti 30 AZN.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Həyat tərzi Oxunub: 916 Tarix: 17-09-2016, 12:40
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az