Вторник
дек 24

Ceki Çan ölümdən döndü

Ceki Çan ölümdən döndü


Aktyor Ceki Çan ölümdən dönüb.

Sonxeber.Az-ın məlumatına görə, yeni döyüş filminin çəkilişi aktyorun ölümünə səbəb ola bilərdi.

“Avanqard” adlı filmin çəkilişlərində səhnələrdən biri dənizdə baş tutub. Aktyor daşların altında tələyə düşüb. Çan bildirib ki, o an boğula bilərmiş. Amma soyuq başla qərar verərək tələdən xilas olub.

Çəkiliş qrupu Cekiyə kömək edib. Amma rejissor Stenli Tonqa elə həyəcanlanıb ki, aktyor uzun müddət onu sakitləşdirib.

Комментарии (0)

Оставить комментарий