Среда
дек 04

Əməkdar artist Suğra Bağırzadənin ağır xəstəlikdən əziyyət çəkən nəvəsindən XƏBƏR VAR

Əməkdar artist Suğra Bağırzadənin ağır xəstəlikdən əziyyət çəkən nəvəsindən XƏBƏR VAR


“Martda yıxılmışdım. Bu hadisə mən “Dağıntılar altında” serialına çəkilən zaman baş vermişdi. Avqustun sonunadək müalicə aldım. Sentyabrda gəzməyimə icazə verildi. Bu da təbii ki, müəyyən çərçivə daxilindədir - dikdaban geyinmək olmaz”.

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Suğra Bağırzadə ekranlardan uzaq gəzməsi barədə suallara cavab verərkən söyləyib.

Aktrisa ürəkaçan təkliflərin olmadığını bildirib:

“Hərdən rejissorla nəinki sözümüz düz gəlmir, fikirlərimiz də fərqli olur. Hərdən çəkiliş məkanı xoşuma gəlmir. Tələsik çəkirlər, gecə-gündüz demirlər. Mənə də lazımdır ki, iş keyfiyyətli olsun. Televiziyada çox görünmək nəyə lazımdır? Mütləq seçim olmalıdır. Məni bir çox şey qane etməlidir. Heç qonorarın da çox olmasını tələb etmirəm. Ssenari, rejissorun bacarığı da burada rol oynayır. Bir də ilk görüşdən bəlli olur ki, onunla işləmək olar, ya yox. Bunlar çətinliklər yaradır”.

O, bir neçə il öncə hodjkin limfoma diaqnozu qoyulan və müalicəsinə 50 min dollar tələb olunan nəvəsi Raul Abdullayev barədə də söz açıb:

“Nəvəmin səhhəti yaxşıdır. İstanbul Koç Universitetində mikrobioloq fakultəsində təhsil alır. Yüksək bal yığmışdı. Oraya pulsuz oxumağa dəvət etdilər. Birinci dərs ili bitib, imtahanlarında da yüksək nəticə toplayıb. Müalicəsi Türkiyədə getdi. Hər şey bitib. Ancaq iki il həkim nəzarətində olmalı, hər altı aydan bir müayinə olunmalıdır”.

Комментарии (0)

Оставить комментарий