Среда
ноя 27

"Azərbaycan plovu fantastik dərəcədə dadlıdır" - Ukraynalı müğənni

"Azərbaycan plovu fantastik dərəcədə dadlıdır" - Ukraynalı müğənni


Tanınmış ukraynalı müğənni, aktrisa, teleaparıcı, "VİA Qra" qrupunun keçmiş solisti Nadejda Meyher-Qranovksaya Azərbaycanın paytaxtına etdiyi qastrol səfərlərinin xatirələri ilə bölüşüb.

MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Moskva-Baku" saytına müsahibəsində danışıb.

"Mənim xasiyyətimdə, xarakterimdə, qanımda Şərqə aid dəqiq nəsə var. Amma əcdadlarımın arasında azərbaycanlılar dəqiq yoxdur", - N.Qranovskaya deyib.

"VİA Qra" qrupunda çıxış etdiyi dövrdə dəfələrlə Azərbaycanın paytaxtına səfər edən ifaçı Bakı xatirələri ilə bölüşərək bunları qeyd edib: "Azərbaycanla tanışlıqda məni daha çox qonaqpərvərlik heyran etdi. Mən Azərbaycan plovunu çox sevirəm. O, fantastik dərəcədə dadlıdır!"

Xatırladaq ki, Nadejda Qranovskaya "VİA Qra" qrupunun "qızıl tərkibinə" daxil idi. Onunla yanaşı, qrupda Vera Brejneva və Anna Sedokova var idi. Qrupun fəaliyyəti dövründə ən məşhur və məhsuldar məhz bu tərkib olub.

N. Qranovskaya "VİA Qra" qrupunu 2006-cı ildə tərk edib. Bu gün o, təkcə müğənni, aktrisa və teleaparıcı deyil, həm də şair, prodüser və dizaynerdir. Onun ən son işlərindən biri rejissor Oksana Bayrakın "Heç nə iki dəfə baş vermir" serialındakı roludur. Sözügedən serialın yayımı Rusiyanın "Birinci kanal"ında davam edir.

Комментарии (0)

Оставить комментарий