^
U

Saqqalı ucbatından öldü -Tarixin maraqlı ölüm faktları


Dünya tarixi qəribə səbəblər ucbatından insanların ölümlərinə çox şahidlik etmişdir. Bu ölümlərin bir çoxu təsadüf və ehtiyatsızlıq, digər bir hissəsi isə limitlərin hədsiz keçilməsinə görə baş verib. Elə indi sizə danışacağımız hadisə kimi.

Hans adlı bu avstriyalı şəxsin yaşadığı dövrdə Ginnesin Rekordlar Kitabı mövcud olsaydı, yəqin ki, bir neçə punkt üzrə onun adı kitaba düşərdi. Lakin bir şey şübhəsizdir ki, ən uzun saqqalı olan insan məhz o idi. Hansın saqqalının uzunluğu 1.5 metr uzunluğunda olub və bu fakt saqqal sahibini bir çox yerdə məşhurlaşdırıb. Hans öz saqqalının uzunluğu ilə qürur duyurdu. Lakin nə qədər qəribə də olsa onu məhşurlaşdıran saqqalının uzunluğu deyil, həmin saqqalın onun ölümünə səbəb olması faktı oldu.

Belə ki, hər şey çox sadə baş verir. Hans adi bir gündə oyanır, bayıra çıxır və təsadüfən ayağı öz saqqalına ilişir. Nəticədə tarazlığını itirərək yerə yıxılır və boynu qırılaraq, vəfat edir. Nəticədə o həqiqətən də saqqalı sayəsində bütün dünyada məşhurlaşır, lakin bu məşhurluğu qazananda özü bu həyatda olmur. (pahoo.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Həyat tərzi Oxunub: 1 019 Tarix: 15-08-2016, 10:28
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az