» » DiKaprio Amazon meşələri üçün 5 milyon dollar ayırdı

DiKaprio Amazon meşələri üçün 5 milyon dollar ayırdı


"Oskar" mükafatı laureatı, dünya şöhrətli aktyor Leonardo DiKaprio Amazoniyanın biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradılması barədə məlumat yayıb.

MAY.AZ open.az-a istinadən xəbər verir ki, məşhur aktyor fonda Amazon meşələrinin müdafiəsi üçün 5 milyon dollar yatırıb.

DiKaprio iyul ayında iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün "Alyans Yer" qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet köməklik göstərib.

Qeyd edək ki, avqustun 15-dən Amazon meşələri yanır. Yanğın 1,3 min kvadrat kilometr meşəni məhv edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Həyat tərzi Oxunub: 255 Tarix: 27-08-2019, 01:16
İstifadeci paneli
Youtube səhifemiz
Vkantakte- biz
Reklam
Avtomobil dünyası

Saygaclar
inwap.az Яндекс.Метрика MobTop.az