^
U

14 yaşlı uşaq gündə 8 saat oyun oynaraq 200 min dollar qazanır


Amerikada 14 yaşlı uşaq "Fornite" adlı video oyunu sayəsində yüksək məbləğdə gəlir qazanmağa başlayıb.

BiG.AZ metbuat.az-a istinadla bildirir ki, gündə 8 saat video oyunu oynaraq yüz minlərlə qazanan Griffin Spikoski əylənmək məqsədilə başladığı oyunu artıq sadəcə iş olaraq gördüyünü bildirib.

9 ay əvvəl "Youtube"-a yüklədiyi video sayəsində günlər içində minlərlə insan tərəfindən izlənməyə başlayıb. Griffinin videoları olduqca məşhur bir hala gəlib və o, videolarını canlı yayımlamağa davam edib.

"Sceptic" adından istifadə edən Griffin hazırda 1 milyon izləyiciyə sahibdir.

Milyonlarla izləyicisi və abunəçisi olan Griffin oyun zamanı içdiyi meyvə şirələrindən belə reklam almağa başlayıb. Bir müddət sonra otellərlə, mağazalarla və məşhur markalarla reklam reklam müqavilələri imzalayıb. Beləliklə Griffin 9 ay kimi qısa bir müddətdə 200 min dollar gəlir əldə edib.

Məktəb təhsilinə vaxt tapa bilməyən uşaq orta təhsilini onlayn şəkildə aldığını bildirib.

14 yaşlı uşaq gündə 8 saat oyun oynaraq 200 min dollar qazanır
14 yaşlı uşaq gündə 8 saat oyun oynaraq 200 min dollar qazanır
14 yaşlı uşaq gündə 8 saat oyun oynaraq 200 min dollar qazanır
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Həyat tərzi Oxunub: 1 028 Tarix: 28-03-2019, 21:20
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az