Понедельник
дек 03

21 yaşlı qızı havaya çıxa bilmir - İNANILMAZ SƏBƏB

21 yaşlı qızı havaya çıxa bilmir - İNANILMAZ SƏBƏB


Çağımızın əsas bəlalarından biri də allergiyadır. Müalicəsi, səbəbi tam bilinməyən bu xəstəlik bəzən ölümlə də nəticələnə bilir. Ən maraqlısı odur ki, allergiyanın qəribə yaranma səbəbləri olur.

Kanada vətəndaşı Arianna Kent çox qəribə allergiya növündən əziyyət çəkir. Belə ki, Ariannanın soyuq havaya allergiyası var. Bu da yetmirmiş ki, buzlu su da gənc qızın bədəninin həssaslığını pik həddə çatdırır.

Arianna etiraf edir ki, hava şəraiti soyuyan kimi çemodanlarını yığıb xəstəxanaya köçür. O, qış aylarında bütün zamanını həkim nəzarəti altında keçirir.

Bu fəsil ərzində gənc qızın dərisində qəribə şişkinlik və yaralar əmələ gəlir. Dostları isə onun xəstəliyinə bəzən etinasız yanaşır, bir çox hallarda isə inanmaqdan imtina edirlər.

21 yaşlı qız xəstəliyi ucbatından süd məhsullarından və dondurmadan da imtina edib. Amma təəssüf ki, tibb hələ də allergiyanın öhdəsindən gələ bilmir.(publika)

Комментарии (0)

Оставить комментарий