Понедельник
дек 03

Duş başlıqlarıyla bağlı QORXUNC ARAŞDIRMA - Çimdikdən sonra bütün bədənə yayılır...

Duş başlıqlarıyla bağlı QORXUNC ARAŞDIRMA - Çimdikdən sonra bütün bədənə yayılır...


Duş başlıqlarıyla bağlı QORXUNC ARAŞDIRMA - Çimdikdən sonra bütün bədənə yayılır...

Şimali Korolina Universitetinin professoru Rob Dan ən təhlükəli santexnika qurğusunun duş olduğunu iddia edib.

MAY.AZ medicina.az-a istinadən xəbər verir ki, o, bu barədə araşdırma apardığını, duş başlığının ən təhlükəli bakteriya mənbəyi olduğunu bildirib.

Araşdırmaya görə, duş başlıqlarında sadə birhüceyrəli mikroorqanizmlərdən əlavə ağciyər infeksiyasına yol aça biləcək patogen bakteriyalara da rast gəlinir. Bu bakteriyalar normal olaraq insan orqanizmində yaşamamalıdırlar. Amma bəzən immunitet sistemi zəif olan insanların orqanizminə su vasitəsilə yoluxa bilirlər. Problem ondadır ki, xəstəliktörədən mikroorqanizmlər dezinfeksiyaedici vasitələrdən qorunmaq üçün qalın biotəbəqə ilə örtülürlər.

Həmçinin bu bakteriyalar su vasitəsilə kifayət qədər böyük əraziyə yayıla və saç, burun, ağız boşluğuna düşərək bədənin bütün nahiyələrində inkişaf edə bilərlər. Bu zaman heç bir kimyəvi təmizləyici vasitə köməyə gələ bilməz. Çünki bakteriyalarda həmin maddələrə qarşı bioloji davamlılıq meydana gəlir və get-gedə də inkişaf edir. Həmçinin duş başlıqlarında çoxalan bu mikroorqanizmlər digərlərini sıxışdırırlar.

Qeyd edək ki, bu hal yalnız dəmirdən olan duş başlıqlarına aid edilir. Başlığın materialı plastikdən olduqda bütün bakteriyalar normal inkişaf edərək xəstəliktörədən bakteriyaların anormal şəkildə artmasına mane olurlar.

Комментарии (0)

Оставить комментарий