Четверг
сен 13

"Onu sevirəm" - 19 yaşlı qızdan gözlənilməz açıqlama

"Onu sevirəm" - 19 yaşlı qızdan gözlənilməz açıqlama


Türkiyənin Pendik vilayətində nişanlısı tərəfindən girov götürülən qadın polisə ifadəsində "o, mənim nişanlım, onu sevirəm", deyə bildirib.

MAY.AZ teleqraf.com-a istinadən bildirir ki, 22 yaşlı nişanlısı Umut Demirkaya tərəfindən girov götürülmüş 19 yaşlı Hümeyra K. nişanlısından şikayətçi olmadığını deyib

Cütlük 1 il nişanlı olub. 7 ay öncə ayrılsalar da, bir müddət öncə barışıblar.

Amma bir neçə gün əvvəl Whatsapp-da yazışma zamanı münasibətləri pisləşib və qadın Umutu "əngəlləyib".

"Ona ayrılacağımı dedim. Səhəri gün işlədiyim liseyə gəlib mənimlə söhbət etmək istədiyini dedi. Mən də onu sakit yer olduğu üçün tualetə dəvət etdim. Burada mübahisəmiz düşdü. Cibindəki bıçaqla məni hədələdi və döyməyə başladı. Qışqıraraq yardım istədim. Öncə rəhbərlik, sonra polis gəldi. Umutun psixoloji sarsıntıları var. O, mənim nişanlım, onu sevirəm. Şikayətçi deyiləm", deyə Hümeyra K bildirib.

Комментарии (0)

Оставить комментарий