Воскресенье
июл 29

Xadimə işlədiyi universitetdə müəllimə oldu - Oxumaq heç zaman gec deyil...

Xadimə işlədiyi universitetdə müəllimə oldu - Oxumaq heç zaman gec deyil...


Xadimə işlədiyi universitetdə imtahanları uğurla verərək müəllimə adını qazanıb.

Maraqlı hadisə Türkiyədə baş verib.

Muğlanın Sıtkı Koçman Üniversitetində təmizlik işçisi olaraq işə başlayan və bir yandan da yarımçıq qalmış təhsilini davam etdirən iki uşaq anası İlkay Qayadibi imtahanlarını uğurla verərək Bitlistdə bir məktəbə musiqi müəllimi kimi işə götürülüb.

1990-cı ildə ailə həyatı quran qadın universitetə daxil olsa da, təhsilini davam etdirə bilməyib. İki qız uşağı dünyaya gətirən qadın həyat yoldaşından boşandıqdan sonra yenidən təhsilini davam etdirməyi qarşısına məqsəd qoyub. İlkay Qayidibi indi sevincinin həddi-hüdudu olmadığını deyib.

Doğrudan da oxumaq heç zaman gec deyil, təki təhsil almağa istəyin olsun. (moderator)

Комментарии (0)

Оставить комментарий