Четверг
июл 26

Dünyanın məşhur robotu "Sophia" Bakıya gəlir

Dünyanın məşhur robotu "Sophia" Bakıya gəlir


27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcəkdir.

Süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılmışdır. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. O həmçinin Səudi Ərəbistan vətəndaşı elan edilmişdir.

Hanson Robotics tərəfindən hazırlanmış Sophianın oyanış videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:
Tədbirdə həmçinin Google, Microsoft, Forbes və İnstagram kimi dünyaca məşhur şirkətlərin top “influencer” menecerləri çıxış edəcəkdir.

Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaqdır.

Комментарии (0)

Оставить комментарий