Среда
июл 25

1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb

1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb


ABŞ-da yaşayan fitnes məşqçisi Dryu Menninq öz üzərində çox maraqlı və eyni zamanda təhlükəli eksperiment aparıb.

Menninq 1 il ərzində əvvəl 32 kq artıq çəki yığıb, sonra isə bu çəkidən qurtulub.

MAY.AZ saglamolun.az-a istinadən bildirir ki, məşqçi bunu öz müştərilərini - kök insanları daha yaxşı anlamaq üçün edib.

Çəki yığmaq üçün Dryu idman zalına getməkdən imtina edib və daim fast-fud yeməklərini yeməyə və şirin qazlı içkiləri içməyə başlayıb. Bu "üsulla" məşqçi yarım il ərzində əzələləli pəhləvandan qarınlı şişman insana çevrilib. Artıq çəki ilə birlikdə eksperimentə qədər sap-sağlam olan Menninq bir sıra sağlamlıq problemlərini də "əldə edib" - yüksək xolesterin, təzyiq, immun sisteminin zəifləməsi və s.

Yarım ildən sonra Dryu artıq çəkidən azad olmağa başlayıb. Bunun üçün o, idman zalında məşqlərə başlayıb və sağlam qidalanmaya keçib. Yarım ildən sonra Menninq öz əvvəlki formasını tam bərpa edib.

Öz eksperimentin köməyi ilə Dryu Menninq sübut edib ki, sağlam qidalanma və idmanın köməyi ilə əhəmiyyətli şəkildə arıqlamaq mümkündür.

Dryu etiraf edib ki, eksperimentdən sonra artıq çəkisi olan insanları, onların psixologiyasını daha yaxşı anlamağa başlayıb. Onun sözlərinə görə, artıq çəki tək fizioloji deyil, həm də ciddi psixoloji problemdir.

Комментарии (0)

Оставить комментарий