^
U

AST Telmanın keçmiş işçiləri "Mardan Palace"ı qarət etdilər


Azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki "Mardan Palace" otelinin keçmiş işçiləri tərəfindən qarət olunduğu məlum olub.

MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Antalyada yerləşən, 1,4 milyard dollara başa gələn otel borca görə müsadirə edildikdən sonra baxımsız hala düşüb. Məlum olub ki, uzun müddət maaş ala bilməyən işçilər oteldəki plazma TV-ləri və bir çox elektrik əşyalarını oğurlayıblar.

"Mardan Palace"ı almaq istəyən namizədlər isə otelin təmir xərclərinə dair hesabat hazırlayıblar. Texniki hesabatda ümumi təmir xərcinin 5 milyon avroya çatdığı, kompleksin borc miqdarının isə 115 milyon avro olduğu qeyd edilib.

Xatırladaq ki, AST Telman müflis olduqdan sonra istirahət kompleksi müsadirə olunaraq banka verilib. İstifadəsi dayandırılan otelin yaşıllıq sahələri baxımsızlıqdan məhv olub, Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Həyat tərzi Oxunub: 764 Tarix: 13-07-2018, 21:00
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az