Пятница
дек 01

"Qəbələ"nin 700 min avroluq futbolçusu azərbaycanlı qızla sevgili oldu (VİDEO)

"Qəbələ"nin 700 min avroluq futbolçusu azərbaycanlı qızla sevgili oldu (VİDEO)


Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunun futbolçusu Dion Malonenin azərbaycanlı qızla sevgili olduğu ortaya çıxıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, futbolçunun xanım sevgilisi Eva Məmmədova ilə Dion Malone bir müddətdir ki, bir yerdə yaşayır. Şəxsi Instagram hesabında da paylaşım edən xanım birgə fotolarını hər kəsə nümayiş etdirir.

Qeyd edək ki, Dion Malone "Qəbələ"də müdafiənin sağ cinahında çıxış edir. Surinamlı futbolçu bir müddət "Almere Siti" və "ADO Den Haaq" klubunda çıxış edib. Malone həmçinin Niderland vətəndaşıdır.

24 iyun 2017-ci ildə Malone Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalayıb. Futbolçunun transfer qiyməti 700 min avrodur.

Комментарии (0)

Оставить комментарий