auto.may.az

Gundem Butun xeberler

Xeber Arxivi

Апрель 2018 (82)
Март 2018 (45)
Февраль 2018 (33)
Январь 2018 (279)
Декабрь 2017 (117)
Ноябрь 2017 (189)

Teqvim

«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Facebook



» » Yevlaxda 13 yaşlı oğlanla 14 yaşlı qızın evləndirilməsi ilə bağlı ARAŞDIRMA BAŞLAYIB

Yevlaxda 13 yaşlı oğlanla 14 yaşlı qızın evləndirilməsi ilə bağlı ARAŞDIRMA BAŞLAYIB

Baxilib: 61 Muellif: Admin

Yevlaxda 13 yaşlı oğlanla 14 yaşlı qızın evləndirilməsi ilə bağlı ARAŞDIRMA BAŞLAYIB


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yevlaxda 13 yaşlı oğlanla 14 yaşlı qızın evlənməsi barədə yayılan xəbərlərin araşdırılması üçün Yevlax rayon İcra Hakimiyyətinə müraciət edib.

May.Az xəbər verir ki, bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.

Onun sözlərinə görə, bu barədə mətbuatda xəbər yayılan kimi araşdırmalara başlanılıb:

“Yevlax rayon İcra Hakimiyyətindəki Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna məktub göndərilib. Onlar bu barədə araşdırma aparıb bizə ətraflı məlumat verəcəklər”.

İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Fəxrəddin Zeynalov bildirib ki, evlənənlərin qaraçı olduğu bildirildiyindən Yevlaxda qaraçıların toplum yaşadıqları əraziyə cavabdeh olan sahə müvəkkilləri ilə əlaqə saxlanılıb:

“Belə bir hadisə olarsa, o barədə sahə müvəkkillərinin xəbərləri olar. Onların heç birinin bu barədə məlumatı yoxdur”.

Bununla belə, F.Zeynalov qaraçılar arasında erkən nikaha daxil olma hallarının olduğunu da istisna etməyib:

“Məsələn, ötən il cinayət xarakterli bir hadisə olmuşdu. 16 yaşlı qız 2-ci uşağa hamilə olanda (1-ci uşağı Cəlilabadda dünyaya gəlib) bu barədə məlumat polis şöbəsinə daxil olmuşdu. Həmin uşaqların atası cinayət məsuliyyətinə cəlb olundu. Bəzən görürsən ki, 18-20 yaşlı qaraçı qızın 3 uşağı var. Qaraçıların uşaqlarının hamısı ev şəraitində doğulur”.скачать dle 11.0фильмы бесплатно

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bolme: Həyat tərzi Tarix: 1-12-2017, 13:44

Bölmənin digər xəbərləri

Gəlin öz toyunda uşaq dünyaya gətirdi (FOTO) Özündən 28 yaş kiçik qızla evlənən polkovnik: Sumqayıt yolunda biabırçılıq: ana 8 yaşlı qızından istifadə edib müştəri yığır Azərbaycanda 68 yaşlı qadın ərə getdi
   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.