"Ər və arvad 54 dəqiqə bir yerdə qalarsa, artıq…" - Sərdar Cəlaloğlu karantinin fəsadlarından DANIŞDI


"Ər və arvad 54 dəqiqə bir yerdə qalarsa, artıq…" - Sərdar Cəlaloğlu karantinin fəsadlarından DANIŞDI


"Risk bir anda olan şeydir. İnsanlar iki saat müddətində küçəyə çıxanda da virus yayıla bilər. Lazım gəlsə, ayın 20-dən sonra vəziyyət sərtləşdirilməlidir. Lap gördün maskasız gəzir, həbs et".

Sonxeber.az-ın məlumatına görə, bu sözləri "Yeni Müsavat"ın canlı debatına qonaq olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Karantin rejimindən danışan ADP sədri bir çox məqamlara toxunub. İnsanların karantin qaydlarına riayət etmələrindən danışan Sərdar Cəlaloğlu aprel ayının 20- dən sonra epidemiyanın gedişində ölüm halı ilə bərabər ciddi situasiya olmazsa, yenidən vəziyyətə baxılaraq, lazım gəlsə qaydaların sərtləşdirilməli olduğunu bildirib. O həmçinin, küçələrin dezinfeksiya edilməsi məsələsinə də aydınlıq gətirib:

"Risk bir anda olan şeydir. İnsanlar iki saat müddətində küçəyə çıxanda da virus yayıla bilər. Ya bunu birdəfəlik qadağan etsinlər, ya da digər yollardan istifadə edilməlidir.
Küçələr hər gün dezinfeksiya edilir. Bildirim ki, bunun müsbət tərəfi kimi mənfi təsirləri də olacaq. Təbiətdə iki cür mikroorqanizmlər mövcuddur. Elə bakteriyalar var ki, təbiəti təmizləyirlər. Epidemiyada isə düşünürəm ki, küçələri yumaqla gigiyenik xidmət göstərən bakteriyaları məhv edirlər".

ADR sədri həmçinin karantin dövrünün digər fəsadlarından da danışıb. O, mövcud vəziyyətin ailə münasibətlərinə mənfi təsir edəcəyini vurğulayıb:

"Dünyada sübut olunub ki, ər və arvad 54 dəqiqə bir yerdə qalarsa, artıq münaqişə yaranır. Bu onunla izah olunur ki, cins fərqli olduğu üçün istər- istəməz qalmaqal yaranacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Həyat tərzi Oxunub: 198 Tarix: 16-04-2020, 14:30

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz