Понедельник
апр 13

"Mən dünyanı xilas edirəm, nə albom?"

"Mən dünyanı xilas edirəm, nə albom?"


Dünyaca məşhur müğənni Rihanna uzun fasilədən sonra instaqramın canlı yayım funksiyasından istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, pop ulduz pərəstişkarlarının yeni albom çıxaracağı barədə suallarına sərt şəkildə cavab verib.

Barbadoslu sənətçi “mən dünyanı xilas edirəm, buna çalışıram, nə albom? Bu mövzuda mənə bir daha sual verməyin”,- deyə bildirib.

Qeyd edək ki, 32 yaşlı ifaçı sonuncu dəfə 2016-cı ildə albomunu təqdim edib.

Xatırladaq ki, Rihanna koronavirusla mübarizəyə 4, 5 milyon dollar ayırmışdı. Sənətçinin atası Ronald Fenti də pandemiyaya yoluxmuş, o, valideyninin müalicə aldığı xəstəxanaya 700 min dollarlıq süni nəfəsalma cihazı bağışlamışdı.

Комментарии (0)

Оставить комментарий