Среда
апр 01

Flora Kərimova: "Qapınızı bərk-bərk bağlayın ki..."

Flora Kərimova: "Qapınızı bərk-bərk bağlayın ki..."


“78 yaşım var, onsuz da itirməyə heç nəyim yoxdur. Amma oğlum hər gün deyir, ana, evdən bayıra çıxma”.

Yenicag.az xəbər verir ki, xalq artisti Flora Kərimova insanları evdə qalmağa səsləyərkən belə deyib.

Hazırda bağ evində qalan sənətkar səhər-axşam koronavirusa qarğış etdiyini bildirib:

“Səhər də, axşam da koronavirusa qarğış edirəm. Qapınızı bərk-bərk bağlayın ki, koronavirus evinizə girməsin. Az qalıram qapı-qapı gəzib hər kəsə deyim ki, bayıra çıxmayın, bir-birinizi qoruyun, bir-birinizin qədrini bilin. Oturun evinizdə”.

Xalq artisti bu çağırışı ARB-nin “Ona qalsa” verilişinə telefon bağlantısı ilə qoşularaq edib.

Комментарии (0)

Оставить комментарий