Вторник
мар 31

"Terminator" karantini eşşəklə keçirir – FOTO

"Terminator" karantini eşşəklə keçirir – FOTO


Arnold Şvarstnegger özünütəcrid qaydalarına ciddi əməl edir və karantindəki həyatını sosial şəbəkələrdə bölüşür. Fotolardan göründüyü kimi, o, evdə "Viski" ləqəbli miniatür at və "Lulu" ləqbli miniatür eşşək ilə vaxtını keçirir.

MAY.AZ Medicina.az-a istinadən xəbər verir ki, martın ortalarından "evdə qal" aksiyasına qoşulan "Terminator" daha çox ev heyvanları ilə gününü keçirir. Gah itinə musiqi öyrədir, gah eşşəklə şahmat oynayır.

Aktyor fotolarının altında “evdə olmayanda vaxt edib öyrənə və edə bilmədiklərini etmək fürsətindən yararlan” sözlərini yazıb.

Hazırda karantin kampaniyası aparan aktyor Lulu və Viskinin şəkli əks olunan köynəklər də çıxarıb. Köynəklərin üzərində “Eşşək olma, evdə qal” yazılıb. Aktyor "futbolka"ları onlayn satışa çıxarıb və əldə olunan gəliri kasıb ailələrin yeməklə təminatına sərf edəcək.

Комментарии (0)

Оставить комментарий