Воскресенье
янв 12

Çağlanın yeni sevgilisi kimdir?

Çağlanın yeni sevgilisi kimdir?


Müğənni Emre Altuğ ilə evliliyinə 5 il əvvəl nöqtə qoyan aparıcı və model Çağla Şikelin yenidən eşqə düşdüyü bildirilir.

Modelin Aydın Gürhanla sevgili olduğu vurğulanır. Məlumata görə, Aydın lüks restoranlardan birində barmen kimi çalışır. Hətta bu yaxınlarda Çağlanın İnstaqram səhifəsində Gürhanla bir foto paylaşdığı və bir neçə dəqiqədən sonra sildiyi də deyilir.

Son müsahibəsində Çağla “Qapılarım sevgiyə bağlı deyil. Sadəcə hazırda işim çoxdur deyə sevgiyə vaxt ayıra bilmirəm” demişdi. Modelin Emreden 2 oğlu var.(axşam)

Комментарии (0)

Оставить комментарий