Bolmeler
» » Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI

Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI

Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI


İnsanın sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanlardan biri qidalanmadır. Alimlərin fikirinə görə, qidalanma insan sağlamlığına irsiyyətdən daha böyük təsir edir.

Bu səbəbdən biz daim düzgün və sağlam şəkildə qidalanmağa çalışmalıyıq. Düzgün qidalanmanın əsasları arasında məhsulların bir-biri ilə düzgün uyğunlaşmasıdır.

Uyğun olmayan məhsulların birlikdə qəbulu onların tərkibində olan faydalı maddələrin mənimsənilməsinə mane olur ki, bunun nəticəsində insan hətta çox faydalı qidadan ona lazım olan maddələri ala bilmir.

Həmçinin uyğun olmayan qidaların birlikdə qəbulu mədə-bağırsaq sistemini yükləyir, qarında ağrılara, köpə səbəb olur.

Sizə bəzi uyğun olan və uyğun olmayan məhsullar haqqında məlumat vermək istərdik.

1. Ət məhsulları və nişasta ilə zəngin olan məhsullar (makaron, düyü, kartof və s.)

Nişasta zülalların parçalanmasına və mənimsənilməsinə mane olur. Bu isə qarın ağrılarına, köpə gətirib çıxardır. Bu səbəbdən diyetoloqlar bu məhsulları ətlə birlikdə yeməyi tövsiyə etmirlər.

Ətdən mümkün qədər fayda almaq üçün və ətin mənimsənilməsini yaxşılaşdırmaq üçün onu tərəvəzlər (xüsusilə bibər, kələmin bütün növləri, kabaçok) və göyərtilərlə yeyin.

2. Meyvələr və tərəvəzlər

Həm meyvə, həm tərəvəzlər insan orqanizmi üçün olduqca faydalıdır. Lakin alimlər onları bir qida qəbulu zamanı yeməyi tövsiyə etmirlər.

3. Ət və süd məhsulları

Süd məhsulları (qatıq, pendir, kəsmik, xama və s.) kalsium və fosforla zəngindir. Kalsium və fosfor ət məhsullarında olan dəmirin mənimlənilməsi proseslərini pozur. Bu səbəbdən, məsələn, dolmanı qatıqla qəbul etmək düzgün sayılmır.

Süd məhsulları şirin meyvə və göyərtilərlə uyğundur.

4. Ət və paxlalılar (lobya, noxud, soya)

Diyetoloqlar bitki və heyvani zülallarla zəngin olan məhsulları birlikdə qəbul etməyi tövsiyə etmirlər. Bu mədə-bağırsaq sistemini yükləyir, zülalların mənimsənilməsi proseslərinə mane olur.

5. Ət qidalardan sonra çay və ya qəhvə

Çay və qəhvənin tərkibində olan maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən ət xörəklərindən sonra çay və ya qəhvə içdikdə siz qəbul etdiyiniz ətin faydalı xüsusiyyətlərini azaldırsınız.

6. Südlə sıyıqlar

Bu da uyğun olmayan birləşmə sayılır. Diyetoloqlar südü digər məhsullardan ayrı qəbul etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, bu əsasən böyüklərə aiddir. Böyüklərin orqanizmində süd zülalını parçalayan ferment az olur və ya heç olmur ki, bu səbəbdən bir çox böyüklərdə süd qəbulundan sonra köp, qarında ağrılar yaranır.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Kulinariya Baxilib: 21 Muellif: Admin Tarix: 10-01-2019, 20:02
XEBER LENTI
Daha 2 erməni hərbçisi minaya düşdüBakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMAÖlkəyə gətirilən ətin miqdarı 15 faiz artıb – 1 kiloqramı 2,5 manata başa gəlir...Murad Bozdan örnək davranışAzərbaycana ən çox hansı ölkələrdən gəlirlər?Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEOQış süfrələrindən əksik etməyin - Yarpaqları da çox faydalıdırQərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydıYuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏRDiqqət! Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdıBakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIRAzərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQPutin niyə smartfon işlətmir? - Peskov açıqladıBakıda dəhşət - Ərini ürəyindən bıçaqladıAzərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZÜç günlük körpənin qəbiristanlığa atılmasının səbəbi bilindi: Qadının əri...Enerji içkiləri yenidən ucuzlaşdı – Aksiz təxirə salındı"Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı - Azərbaycanda
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz