Суббота
ноя 25

Çuğundur ruletinin hazırlanma qaydası - DADINDAN D

Çuğundur ruletinin hazırlanma qaydası - DADINDAN D


Zaman-zaman əksər qadınlar düşünür ki, mətbəxdə bu gün hansı yeməyi bişirim? Həm asan olsun, həm də ləzzətli.

Elit.az istinadən bildirir ki, təqdim edilən bu reseptlə siz həm sadə üsulla yemək bişirəcəksiniz, həm də süfrələrinizi dadlı bir yeməklə bəzəyəcəksiniz.

Çuğundurlu rulet

Xəmiri üçün:

250 ml süd
50 q kərə yağı
1 çay qaşığı maya
485 q un
Bir çimdik duz
2 yumurta

Dolğusu üçün:

2 dəstə çuğundur
2 yemək qaşığı fıstıq
1 stəkan qurudulmuş pomidor
6 diş sarımsaq
1 dəstə cəfəri
2 stəkan doğranmış pendir
Duz
Qara bibər

Üzəri üçün: 3-4 qaşıq zeytun yağı

Hazırlanması:

Xəmir üçün olan vəsaitlər geniş bir qabda yoğrulur. Nəm bir parça ilə örtülür və 40 dəqiqə gözlədilir. Mayalanan xəmiri yüngül unlanmış dəzgah üzərinə götürərək bir oxlov köməyi ilə incə yayın. Üzərinə bütün xəmiri örtəcək şəkildə yüngül qaynadıb damarlarını kəsdiyiniz çuğundur yarpaqlarını yerləşdirin. Fıstıqları az yağda qovurun. Dolğusu üçün incə doğradığınız qurudulmuş pomidor, əzdiyiniz sarımsaq, incə doğradığınız cəfərini bir qaba yığın və oraya fıstıqları da əlavə edib duz istiot vurun.


Bu qarışımı çuğundur yarpaqlarının üzərinə yayıb xəmiri rulet formasında bükün və onu 2 sm qalınlığında parçalar kəsin. Aralarında boşluq olmaması üçün oval bir ocaq qabına qoyun. Üzərinə zeytun yağı sürtün. Əvvəlcədən qızdırılmış 200 dərəcə ocaqda 40-45 dəqiqə bişirin. İsti şəkildə servis edin.

Nuş olsun

Комментарии (0)

Оставить комментарий