Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI


Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI


Süfrələrdə ləzzətlə yediyimiz şorbalar arasında mərcimək şorbasının öz yeri var. Mərciməyin yaşıl, qırmızı növlərindən bir neçə cür yeməyin hazırlanmasında istifadə olunur.

Elit.az istinadən fərqli reseptlə - südlü mərcimək şorbasının hazırlanma qaydası ilə tanış edir. Südlü mərcimək həm sağlamlığa faydalıdır, həm də ləzzətlidir.
Ərzaqlar:

2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı duru yağ
1 ədəd baş soğan
2 yemək qaşığı un
1,5 stəkan qırmızı mərcimək
1 stəkan süd
1,5 l su
Duz

Hazırlanma qaydası:

Kərə yağı və duru yağ qazana əlavə edilərək qızdırılır. Sonra xırda doğranmış baş soğan qovrulur. Un əlavə edilərək rəngi tündləşənə qədər qovrulur və yuyulmuş mərciməklər əlavə edilir. Bir az qarışdırdıqdan sonra üzərinə su tökülür. Qazanın qapağı bağlanaraq bişirilir. Mərciməklər bişdikdən sonra şorba blendrdan keçirilir. Süd və duz əlavə edilərək 4-5 dəqiqə də vam odda qaynadıldıqdan sonra ocaqdan götürülür.

Nuş olsun!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Kulinariya Oxunub: 532 Tarix: 25-11-2017, 19:44
İstifadeci paneli
Youtube səhifemiz