Среда
дек 04

Azərbaycanda qaçırılaraq zorlanan qadının doğduğu uşağı ermənilər Yerevana apardılar

Azərbaycanda qaçırılaraq zorlanan qadının doğduğu uşağı ermənilər Yerevana apardılar



Qaçırılaraq zorlanan qadının dünyaya gətirdiyi uşağı ermənilər övladlığa götürüb Yerevana apardılar.

Sonxeber.az-ın məlumatına görə, bu barədə Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdi "Səni axtarıram" verilişində bildirilib.

Verilişə müraciət edən və körpəsi əlindən alınaraq övladlığa verilən 65 yaşlı Qəndab eşitdiklərindən dəhşətə gəlib.

Aparıcı bildirib ki, Qəndab xanımın oğlu 51 il bundan öncə bir erməni ailəsinə övladlığa verilib: "Ailə uşağı Yeravana aparıb. Amma onlar uşağın azərbaycanlı olduğunu bilməyiblər. Azərbaycanlı olduğunu bilməyib, düşmən ölkədə yaşamaq və öz bacına, anana güllə atmaq ən böyük faciədir. Uşaq bilməsə də ermənilər yaxşı bilir ki, onun anası və atası azərbaycanlıdır. Düşmən sizcə o uşağa necə baxar?".

Комментарии (0)

Оставить комментарий