Пятница
дек 04

Əsgərimiz BTR-i düşmən texnikasının üzərinə çıxardaraq BELƏ MƏHV ETDİ


Sosial şəbəkələrdə igidlərimizin Vətən müharibəsində yaşadıqları maraqlı vətənpərvərlik tarixçələri yer almaqdadır.
MAY.AZ Sonxeber.az-a istinadən əsgərlərimizin qarşılaşdıqları çətinlikdən şücaətlə çıxdığı həmin anlardan birini izləyicilərlə bölüşür.
Bildirilir ki, həmlə taborunun şəxsi heyəti növbəli şəkildə istirahət edirlər. Qəflətən hərbi texnika səsi eşidilir. Texnikaya qarşı döyüşməyə sursat demək olar ki tükənib. Təminat isə yoldadır. Mövqelərin qarşısında düşmənin PDM-2-si peyda olur. İgid döyüşçülərimiz nə edəcəyini bilmirlər, PDM isə durmadan atəş açır. Ümidlərin puç olduğu, hər kəsin Şəhid olmağa hazırlaşdığı zaman mövqedən çıxıb geri qaçan bir əsgər diqqət çəkir. Hamı onun döyüşdən qaçdığını zənn edir, lakin o aralıda olan BTR-ə minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Ermənin PDM-2 heyəti nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i əsgərlərə atəş açan döyüş texnikasının üstünə mindirib onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra digər əsgərlərimiz Əfqan Əbdürəhmanov, Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən PDM-nə tərəf qaçaraq onun "lyuk"una əl qumbarası ataraq heyəti və içərisində olan altı nəfər düşmən desantını məhv edir. Partlayış nəticəsində baş verən yanğından BTR-i xilas etmək olmur. Cünki toqquşma nəticəsində döyüş maşınında nasazlıq yaranmışdı.
Xeyli sayda canlı qüvvəmizin həyatını xilas edən BTR-i idarə edən 23 yaşlı Nəriman Atakişiyev isə hospitalda aldığı müalicədən sonra həyatı təhlükəni atlatmağı bacarıb.

Комментарии (0)

Оставить комментарий