May.Az Forum Auto Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Все проекты

Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb


Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb


Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanıb.

Bu barədə MAY.AZ-a Mədəniyyət Nazirliyindən bildirilib.

"UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında" 1954-cü il Haaqa Konvensiyasını və "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.

Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcək", - deyə nazirlikdə bildirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Bölmə: Oxunub: 31 Tarix: 15-11-2020, 02:49
Bu xəbərləri də oxuyun
  • XİN:"Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək"
  • Dövlət Turizm Agentliyinə sədr təyin edilib
  • Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək
  • "Əl-Cəzirə" kanalı Füzulidən süjet yayımladı
  • Baş Prokurorluqdan işğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə MƏLUMAT
  • "Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir" - İranlı ekspert
  • Nazirdən xaricə gedənlərə xəbərdarlıq
  • Azərbaycan XİN açıqlama YAYDI
  • Ceyhun Bayramov Gəncə terroru barədə beynəlxalq təşkilatları məlumatlandırıb
  • "Gecə canavarları"nın Qarabağda nə işi var?
  • İlham Əliyev: "Bu cinayətə görə Ermənistan cavab verəcək"
  • Hesablama Palatası xariciləri erməni vandalizmi barədə məlumatlandırdı
  • İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
  • Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib
  • Bu gün Kəlbəcər işğaldan azad edilir
  • Azərbaycanda hərbi vəziyyət elan olndu
  • Azərbaycanlılar ermənini ölümdən xilas etdi
  • İlham Əliyevdən Qəbələyə ilə bağlı mühüm SƏRƏNCAM
  • Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
  • MN: Ermənistan atəşkəs rejimini pozmaqda DAVAM EDİR
  • Prezident: "Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır"
  • Ağdamın işğalından 23 il ötür
  • Yəmənli alimlər Qarabağla bağlı çağırış ediblər
  • İlham Əliyevdən Donald Trampa təbrik məktubu
  • Övladlığagötürmə ilə bağlı Nazirliyə səlahiyyətlər verildi
  • Kamil Zeynallı HƏBS EDİLDİ
  • Azərbaycanda daha bir məmur işdən çıxarıldı
  • "Hercai"nin ulduzları səfir seçildilər
  • Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"
  • Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
  • Həzi Aslanovun 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
  • Pakistandan Azərbaycana növbəti DƏSTƏK
  • Добавить комментарий
    Ваше имя:*
    Ваш e-mail:*
    Введите код: *
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
    MobTop.az MobTop.az MobTop.az MobTop.az