Суббота
ноя 14

"Qaçqınkom": Məcburi köçkünlərin geri qayıtması könüllülük əsasında aparılacaq

"Qaçqınkom": Məcburi köçkünlərin geri qayıtması könüllülük əsasında aparılacaq


Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq”.

“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

“Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş məcburi köçkün üçün bir fəxarət hissi olacaq”, - o vurğulayıb.

Комментарии (0)

Оставить комментарий