Суббота
окт 10

Azərbaycan Prezidenti: "Biz hər hansı xüsusi münasibət gözləmirik"

Azərbaycan Prezidenti: "Biz hər hansı xüsusi münasibət gözləmirik"


"Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər hansı əcnəbi vətəndaş, - təkcə jurnalist deyil, - Dağlıq Qarabağa səfər etmək istəyirsə xahiş edirik bizə məlumat versin".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində deyib.

Dövlət başçısı deyib: "Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq, bizə məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə belə bir məlumat olanda, ərazi bütövlüyümüzə belə bir hörmət əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan oraya gedənlər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar bizim xarici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik və ya gələn dəfə sizə məlumat verəcəyik, biz onları qara siyahıdan çıxarırıq. Bu, ədalətlidir.

Bizim ehtiyacımız olan yeganə şey hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xarici İşlər Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem yoxdur".

Комментарии (0)

Оставить комментарий