Polis qəza törətdi, bir nəfər öldü


Polis qəza törətdi, bir nəfər öldü


Zaqatalada polis əməkdaşı qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb.

May.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində rayonun Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb.

Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Sərt Tural Mustafa oğlu idarə etdiyi "VAZ 2108” markalı, 10 KX 405 dövlət nömrə nişanlı avtomobil aşaraq yoldan 6-7 metr aşağıdakı restoranın həyətinə düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu yerindəcə ölüb.

Sürücü Sərt Tural isə aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan bildirilib ki, yaralının vəziyyəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, qəza törədən Sərt Tural Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
Açar sözlər: polis qəza ölüm yol
нравится0
не нравится0
00
Bölmə: Hadisə Oxunub: 590 Tarix: 20-08-2016, 10:17

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz