Toyda dava düşdü, xəsarət alan var
Kürdəmir rayonunda toyda dava düşüb.
MAY.AZ "Report"a istinadən xəbər verir ki, hadisə "Muradxan" şadlıq evində qeydə alınıb.
Belə ki, toya gələn qonaqlar arasında mübahisə yaranıb. Nəticədə Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəsarət Zəfər oğlu xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Hadisə Oxunub: 724 Tarix: 9-11-2019, 23:48