Понедельник
ноя 04

Rusiyada azərbaycanlıya hücum edib 5 milyonunu apardılar

Rusiyada azərbaycanlıya hücum edib 5 milyonunu apardılar


Noyabrın 1-də Moskvanın Yuxarı sahələr küçəsində bir neçə şəxs azərbaycanlının evinə hücum edərək onu travmatik silahla yaralayıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, soyğunçular 1975-ci il təvəllüdlü kişini yaraladıqdan sonra onun içərisində 5 milyon rubl olan çantasını götürərək qaçıblar.

"Audi A6" avtomobili ilə hadisə yerindən uzaqlaşan 4 cinayətkardan biri tutulub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktlı üzrə cinayət işi açılıb.

Комментарии (0)

Оставить комментарий