Четверг
окт 31

Yeznəsini öldürüb, bacısına ağır xəsarət yetirdi - BAKIDA AİLƏ FACİƏSİ

Yeznəsini öldürüb, bacısına ağır xəsarət yetirdi - BAKIDA AİLƏ FACİƏSİ


Bakıda yeznəsini qətlə yetirib, bacısına ağır xəsarət yetirməkdə təqsirləndirilən Müşfiq Ələsovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

MAY.AZ ökə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

23 yaşlı İsmayılov İbrahim Etibar oğlu qaynı Müşfiq Ələsov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra bacısı, 1991-ci il təvəllüdlü Ələsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qadının həyatını xilas etmək mümkün olub.

Müşfiq Ələsov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Комментарии (0)

Оставить комментарий