Понедельник
окт 28

Azərbaycanda maşın aşdı, sürücü öldü

Azərbaycanda maşın aşdı, sürücü öldü


Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən MAY.AZ-a verilən məlumata görə, oktyabrın 26-da saat 14 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Biləsuvar rayon sakini Ağamşah Fətullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий