^
U

15 yaşında ailə quran azərbaycanlı qız 8 ildir ki, yoxa çıxıb - FOTOLAR


15 yaşlı azərbaycanlı qız ərə verilib.

BiG.AZ xəbər verir ki, bu barədə məlumatı Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən Günay Məmmədovanın anası bildirib.

O, qeyd edib ki, Günay 2011-ci ildə rəfiqəsi ilə birgə Rusiyada kafedə işləmək adı ilə evdən çıxıb:

"Sentyabrın 4-ü Günaya zəng gəldi. Zəng edənin kimliyini soruşanda o, kafenin sahibi olduğunu dedi. İşçiləri işə çıxmadığına görə Günaygilin təcili kafeyə gəlməsini istəyib. Sentayabrın 14-ü getdilər. 21-nə kimi Günayla danışmışam. Amma sentyabrın 21-dən sonra onunla danışa bilmədim. Günay bildirdi ki, rəfiqəsi Şəhla onu döyür. Mən dedim ki, telefonu Şəhlaya ver. Şəhla telefonda mənə pis sözlər dedi. Bundan əlavə məni qızım Günayı öldürəcəyi ilə hədələdi. Günay Şəhla ilə birlikdə mənə pul göndərib. Lakin Şəhla o pulu da mənə gətirmədi. Qızım 15 yaşında adət -ənənə ilə ailə qurub. Lakin, ailəsi uzun sürmədi. Bir oğlu ilə boşandı. Günayın 26 yaşı var. Günay yoxa çıxanda oğlunun 2 yaşı var idi. Keçmiş kürəkənim evlənib, 3 uşağı var. Atası nəvəmi övladlığa verib. Bəhanə edir ki, həyat yoldaşı nəvəmi istəmir. Nəvəmə 7 yaşına kimi mən baxmışam. Anam ölən zaman Azərbaycana gəldim. Sonra eşitdim ki, keçmiş kürəkənim nəvəmi uşaq evinə atıb".

Aysel Yusifqızı

15 yaşında ailə quran azərbaycanlı qız 8 ildir ki, yoxa çıxıb - FOTOLAR
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 655 Tarix: 23-10-2019, 19:01
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az