Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı


Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı


Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Hadisə Oxunub: 509 Tarix: 17-10-2019, 12:01

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz