Четверг
июл 18

İşlədiyi mağazadan bu qədər pul oğurladı

İşlədiyi mağazadan bu qədər pul oğurladı



Bakıda ticarət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ -a verilən məlumatına görə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий