Четверг
мар 28

Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi

Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi


Qubada 3 yaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

MAY.AZ-in lent.az-a istinadla verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Füzuli Bəylərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan təqsirləndirilən məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə bu il Qubada baş verib.

Füzuli Bəylərov bacısı qaynının 3 yaşlı oğlunu evdə tək olduğunu bilib və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Uşağın valideynləri məsələdən xəbardar olaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Məlumat əsasında F.Bəylərova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

Lakin onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Комментарии (0)

Оставить комментарий