Суббота
янв 05

QANDONDURAN HADİSƏ: Dayə 2 aylıq körpəni öldürdü

QANDONDURAN HADİSƏ: Dayə 2 aylıq körpəni öldürdü


Amerikada qandonduran hadisə baş verib.

Viskonsin ştatında dayə işləyən qadın iki aylıq körpəni öldürüb. Dayə törətdiyi cinayəti gizlətməyə çalışsa da, alınmayıb. Belə ki, o, uşağı geyindirərək, avtokresloya əyləşdirib. Lakin ana uşağının dalınca gələn zaman şübhələnib. Uşağın yatdığını düşünən ana diqqətlə baxdıqdan sonra rənginin solduğunu və dodaqlarının göynədiyini görüb.


Verilən məlumata görə, müayinə zamanı ölən uşağın baş nayihəsində küt alətlə endirilmiş zərbə izləri aşkar olunub. Faktla bağlı araşdırma aparılır.(primetime)

Комментарии (0)

Оставить комментарий