Понедельник
дек 24

Bakıda sürücü "NAZ Lifan"ı aşırdı - 1 nəfər öldü, 5-i yaralandı

Bakıda sürücü "NAZ Lifan"ı aşırdı - 1 nəfər öldü, 5-i yaralandı


Bakıda ağır yol qəzası baş verib.

MAY.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий