^
U

Bakıda mağazadan oğurluq edən şəxs tutuldu


Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci və 6-cı Polis Bölməsilərin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 1-də və 10-da rayon ərazisindəki 2 mağazadan 500 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov və Bakı şəhər sakini Sərdar Pənahov saxlanılıb.

S.Pənahovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də daha bir mağazadan 248 manat pul oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 943 Tarix: 22-12-2018, 18:26
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az